Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır

  • By ilhame
  • 18 Dekabr 2023 20:56

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün İstanbul prosesini canlandırmağa hazırdır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarsıtanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransı zamanı bildirib.

 

O qeyd edib ki, bu məsələ müharibə yolu ilə həll oluna bilməz və tərəflər diplomatiyaya üstünlük verməlidirlər.

 

Xatırladaq ki, avqust ayında Ərdoğan artıq Türkiyənin Rusiya və Ukrayna arasında İstanbul danışıqları prosesinin bərpasına kömək etməyə hazır olduğunu bəyan etmişdi.

 

Gununsesi.info