Türkiyə paytaxtında dəhşətli hadisə - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Türkiyənin paytaxtı Ankara şəhərinin Haymana rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hərəkətdə olan traktorun qoşqusunun aşması nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılardan beşi ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 13 nəfər isə Ankaranın xəstəxanalarına çatdırılıb.

Ölənlərdən 2-si azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info