
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vyanaya getməkdən imtina edib.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Zərifin səfərdən imtina etməsinə səbəb kimi ölkənin hökumət binalarında Qəzza böhranı ilə əlaqədar İsrailin bayraqlarının asılması göstərilib.
Qeyd edək ki, Zərifin avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşü planlaşdırılırdı.
Gununsesi.info