
Dünya enerji bazarında gərginliyin artması və enerji daşıyıcılarının bahalaşması fonunda Avrasiyanın geosiyasi əhəmiyyəti, xüsusilə də türkdilli ölkələrin əməkdaşlığının əhəmiyyəti artır.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay Türk dövlətlərinin enerji əməkdaşlığı üzrə 2-ci Beynəlxalq konqresinin iştirakçılarına müraciətində deyib.
Vitse-prezident əhalisinin ümumi sayı 156 milyondan çox olan və ÜDM-i 1 trilyon dolları üstələyən türkdilli ölkələrin əməkdaşlığın təkcə ölkələrin özlərinin deyil, həm də bütün regionun maraqlarına xidmət etdiyini bildirib.
Gununsesi.info