Türk Şurası 20 Yanvar faciəsi ilə bağlı AÇIQLAMA YAYDI

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar mesaj yayımlayıb.

Gununsesi.info xəbər verir ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edildiyi mesajda deyilir:

“Qara Yanvar olaraq bilinən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qətliam ilə əlaqədar Türk Şurası olaraq Vətənləri uğrunda canlarını fəda edən Azərbaycanın bütün qəhrəman övladlarını hörmətlə yad edir, əziz xatirələri önündə hörmətlə baş əyirik”.

Gununsesi.info