
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda sammitdən bir gün əvvəl – noyabrın 10-da Özbəkistanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi qeyd olunur.
Qeyd edək ki, TDT-nin üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi statusuna malikdir.
TDT-yə üzv olan beş ölkənin hamısının liderləri qarşıdan gələn sammitdə iştirak edəcəklərini təsdiqləyiblər. Sammitin sonunda Səmərqənd Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Səmərqənd sammitindən sonra TDT-yə sədrlik Türkiyədən Özbəkistana keçəcək.
Gununsesi.info