BMT: Azərbaycanla birlikdə işləməyə hazırıq

“Azərbaycanla tərəfdaşlığımızı qiymətləndiririk”.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin tviterində edilən paylaşımda bildirilib.

Qurum 9 noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün birlikdə işləməyə hazırıq”, – paylaşımda vurğulanıb.

Gununsesi.info