
“Turan” klubunun keçmiş prezidenti Namiq Məstanov vəfat edib.
Gununsesi.org qol.az-a istinadən xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun rəsmi Feysbuk səhifəsi paylaşım edib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, N.Məstanov 2001/02 və 2003/04-cü illərdə “Turan”a rəhbərlik edib. Daha sonra isə müxtəlif illərdə o, klubun vitse-prezidenti vəzifəsində çalışıb.