BQXK Qarabağdakı kontingent sayını artıracaq

Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağdakı (BQXK) kontingent sayını artırmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə BQXK-nın Dağlıq Qarabağdakı missiyasının mətbuat katibi Eteri Musaelyan RİA “Novosti”yə danışıb.

“Biz BQXK-nın uzunmüddətli müdaxiləsini tələb edə biləcək bölgənin ehtiyaclarını qiymətləndiririk. Humanitar ehtiyaclara vaxtında və adekvat cavab verə bilmək üçün heyətimizi artırmağı və ehtiyaclarımıza dair tapıntılarımıza əsaslanaraq yeni fəaliyyətlərə başlamağı planlaşdırırıq”, – o bildirib.

Gununsesi.info