“Trump Nobel mükafatına namizəd olacaq” -POLİTOLOQ

“ABŞ prezidenti Donald Trump prezident seçkilərindən öncə bütün dünyada sülhün bərqərar olunması üçün səy göstərəcəyini bildirmişdi. Hesab edirəm ki, onun fəaliyyətinin ilk 6 ayı ərzində bu məqsədlərə müəyyən qədər nail olunub.”

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib:

“Hindistan, Pakistan, İran, İsrail, Tayland, Kamboca, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün mühüm addımlar atılıb. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün Alyaskada keçiriləcək görüş də tarixi əhəmiyyət kəsb edir və yadda qalacaq.

Trump Sülh üzrə Nobel mükafatına böyük ehtimalla namizəd olacaq və hətta bu mükafatı qazanmaq şansı da yüksəkdir.

O, təvazökarlıq göstərərək bu mükafat üçün xüsusi olaraq çalışmadığını bildirib ki, bu da onun mühüm keyfiyyətlərindən biridir.”

Politoloq vurğulayıb ki, Azərbaycan üçün önəmli olan regionumuzda sabitliyin, sülhün və iqtisadi əməkdaşlığın təmin olunmasıdır:

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Vaşinqtonda milli maraqlarımız çərçivəsində böyük uğur əldə olunub. Bu, həqiqətən də Azərbaycanın sülh istiqamətində həyata keçirdiyi fəaliyyətin təntənəsidir.”

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info