Trampın bu əməli dəhşətlidir – Fazil Mustafa

  • By Admin2
  • 05 Yanvar 2026 13:13

Xəbər verdiyimiz kimi, Venesuela Prezidenti Nikolas Maduro ABŞ silahlı qüvvələrinin elit xüsusi təyinatlı bölməsi olan “Delta” xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “CBS News” kanalına bildirib.

Sözügedən hadisə dünya gündəminin əsas mövzusudur.

Artıq ABŞ senatorları belə Trampı tənqid edir, bu əməlin Putinin Ukraynanı işğal etməsinə bərabər olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info-ya danışıb.

“Əslində, bu məsələ çox təhlükəli bir tendensiyadan xəbər verir. İstənilən zəif ölkənin rəhbəri bu formada qaçırmaq, suverenliyinə qəsd etmək adiləşir. Təsəvvür edin, Amerika kimi demokratiyanın prioritet olduğu ölkə belə edirsə, tamamilə totalitar, imperiya hədəfləri olan ölkələrin bunu etməsi də adiləşəcək. Bu, dünyanın qorxunc bir mənzərəyə sürükləndiyini göstərir. Onsuz da, Maduro uzun müddət hakimiyyətdə qala bilməyəcəkdi. Bunu sadə yolla da etmək olardı. Ancaq bu, həm də başqa ölkələrə görk olsun deyə edildi. Üstəlik, Amerika kəşfiyyatının da möcüzəvi hədəfləri germəkləşdirə biləcəklərini dünyaya göstərdikləri addımdır. Eyni zamanda bu, Amerikanın bütövlükdə demokratiya ilə bağlı hədəflərinin illuziya olduğunu göstərdi. Dünyanın tərəqqipərvər düşüncəyə malik insanları bu hərəkəti qətiyyən qəbul edə bilməzlər. Amerikanın iqtisadi maraqları, neft və qaz hədələri filan anlaşılandır. Ancaq bunun bu metodla həll olunması dəhşətlidir. Bu da dünyada özbaşnalığın olmasına gətirib çıxardacaqdır. Amerikada da belə düşünən adamlar hər halda pis düşünmürlər”, – deyə o bildirib.

Orxan

Gununsesi.info