Ağ Ev Administrasiyası Venesuela və Kuba uğrunda “mübarizə aparmağa” hazırdır.
Gununsesi.org-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Cənub komandanlığının qərargahında çıxışı zamanı bildirib.
“Biz Venesuela uğrunda vuruşacağıq. Biz Kubadakı dostlarımız uğrunda vuruşacağıq”, – Tramp deyib.
O, həmçinin əmin edib ki, bu ölkələrdə vəziyyətlər ABŞ-ın “nəzarəti altında”dır.
Venesuela prezidenti Nikolas Maduro da öz növbəsində ABŞ hökumətini “çirkli yalan”ın yayılmasında ittiham edib. O, Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayenin Venesuelanı “narkodövlət” adlandırmasına belə reaksiya verib.
Gununsesi.org
COMMENTS