
Şabran rayonunda traktor qəzaya uğrayıb.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, “112” qaynar xəttinə rayonun Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub.
Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsində idarəetməni itirərək kanala aşmış traktorun sürücüsü Elşən Hüseynov xilasedicilər tərəfindən xilas edilib.