Tovuzda qəza: iki minik avtomobili toqquşdu

  • By admin
  • 20 İyun 2021 17:47

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 25 yaşlı Həsənov Allahqulu və 27 yaşlı Ayvazov Niyaməddin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yaralıların vəziyyətin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info