Tokayev Xəzər dənizi ilə bağlı türk dövlətlərinə çağırış edib

“Biz Xəzər dənizində vəziyyətin yaxşılaşdırılmasına çalışmalıyıq”.

Gununsesi.info  xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.

 

O, Xəzər dənizi ilə bağlı türk dövlətlərinə çağırış edib. Tokayev həmçinin bildirib ki, gələn ilin aprel ayında Davamlı Gələcək üçün Birgə Baxışla bağlı BMT-nin sammitini keçirəcək. Türk dövlətlərinin həmin sammitdə iştirakını istəyirik.