
Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında bir neçə sabiq hakimin vəkil fəaliyyətinə başlaması ilə bağlı müraciətinə baxılıb.
Vəkillər Kollegiyasından Gununsesi.info-ya verilən məlumata görə, bununla bağlı iclasda müsbət qərar verilib və həmin şəxslər vəkil andı içiblər.
Gununsesi.info vəkillik fəaliyyətinə başlayan sabiq hakimləri təqdim edir:
Allahverdiyev Qəhrəman Əli oğlu (Ali Məhkəmənin hakimi)
Nəbiyev Ehtibar Qəzənfər oğlu (Bakı Apellyasiya Məhkəməsinin hakimi)
Bayramov Mayıl Abbas oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi)
Həsənov Ramil Yaqub oğlu (Suraxanı Rayon Məhkəməsinin hakimi)
Bağırov Rafiq Sultan oğlu (Kürdəmir Rayon Məhkəməsinin hakimi)
Ələsgərov Şakir Çərkəz oğlu (Xocavənd Rayon Məhkəməsinin hakimi)
Aslanov Emin Dilavər oğlu (Şərur Rayon Məhkəməsinin hakimi)
Gununsesi.info