Tanınmış bloger ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə bloger Ramal İsayev məlumat yayıb.

 

“Dünən diş çəkimi zamanı Asyanın bədəninə infeksiya keçib. Diş çəkimini narkozla ediblər, sonra da halı pisləşib”, – deyə Ramal İsayev bildirib.

 

Qeyd edək ki, iki gün öncə bloger narkoz vasitəsilə diş çəkimi etdirəcəyi ilə bağlı video paylaşmışdı.

 

 

Gununsesi.info