
Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Muttəqi Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklassonla görüşüb.
Gununsesi.info-nun “TOLO News”a istinadən verdiyi xəbərə görə, görüş bu gün Osloda baş tutub.
Taliban rəsmisi Aİ-ni Əfqansıtanla yaxşı münasibətlər qurmağa və əməkdaşlığa çağırıb.
Taliban XİN-in yaydığı məlumata görə, Tomas Niklasson Aİ-nin Əfqanıstana humanitar yardım göstərməyə davam edəcəyinə söz verib.
Gununsesi.info