
Erməni silahlı qüvvələrinin cəbhəyanı bölgələrdə təxribatı davam edir.
Gununsesi.info Baku TV-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarından düşmən qüvvələri yaşayış obyektlərini ağır artilleriya və raket atəşinə tutublar.
Əldə etdiyimiz məlumata görə, rayonun Hüsənli, Əkspara, Qarağacı, Qapanlı, Düyənli kəndlərinə mərmi düşüb və yaşayış məntəqələrinə ciddi ziyan dəyib.
Qeyd edək ki, rayon mərkəzinə düşən mərmilər nəticəsində xeyli sayda iaşə obyektləri də yararsız vəziyyətə düşüb.
Gununsesi.info