Tənqidi yazan jurnalistlər reyestrə daxil ediməyəcək - "FREEDOM HOUSE"UN RƏSMİSİ DEYİR Kİ...  

Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt “Amerikanın Səsi”nə müsahibədə Azərbaycanda media azadlığı durumunu şərh edib.

Gununsesi.info-nun xəbərinə görə, Behrendt bildirib ki, bu qanun məhdudlaşdırıcı olacaq:
“Baxmayaraq ki, bu qanun islahat kimi təqdim edilmişdi, məncə bir çox cəbhədə, şübhəsiz ki, məhdudlaşdırcı olacaq. Birincisi odur ki, hökumət özü kimin jurnalist olub-olmadığını müəyyən edə biləcək və jurnalist reyestri yaradacaq. Bu da həqiqətən, son nəticədə mediaya qorxunc təsir göstərəcək.

Siyahıda olmayan jurnalistlər – biz əlbəttə ki, tənqidi jurnalistlərin siyahıya daxil ediləcəyini gözləmirik – onlar hədə-qorxuya məruz qalacaq və əks halda sahib ola biləcəkləri bütün müdafiələrini itirəcəklər. Məsələn əgər onlar birdən hər hansı bir etirazı işıqlandırsalar, etirazda iştirak etdiklərinə görə həbs oluna bilərlər.

Bu qanun həm də media orqanlarının xaricdən maliyyə almalarını qadağan edir. Bu da əsas etibarı ilə problemdir. Hökumət meynstrim media bazarını, televiziya stansiyalarını, radio stansiyalarını, əhali üçün əlçatan olan geniş məlumatları ələ keçirib. Ona görə də, orada yeganə müstəqil məlumatlar çox az maliyyələşdirilən QHT tipli onlayn olan media orqanlarından gəlir. Onlar isə reklamdan gələn gəlirləri əldə etməkdə çox çətinlik çəkirlər və işlərini görmək üçün kənardan dəstək almağa ehtiyac duyurlar. Ona görə də bu qanun, həqiqətən də, bir çox müstəqil məlumata qapını bağlayacaq.

Başqa yerlərdə də gördüyümüz kimi, bu mexanizmlə xarici media orqanları daha çox nəzarət olunacaqlar, xarici KİV-lər ölkədə nümayəndələrinin olmasına, ölkədə qeydiyyatdan keçməyə məcbur ediləcəklər. Şübhəsiz ki, bunun Türkiyədə və digər yerlərdə çox dəhşətli olduğunu görmüşük. Mən Azərbaycanda da belə olacağını gözləyirəm.
Əlbəttə ki, milli təhlükəsizlik məsələlərinin işıqlandırması ilə bağlı müəyyən edilmiş geniş məhdudiyyətlər var ki, onlar da hökumətin jurnalistlərə hər hansı tənqidi xəbərə görə hücum etməsini asanlaşdıracaq”.

Günay 
Gununsesi.info