
Təhsil naziri Emin Əmrullayev 1 oktyabr tarixində növbəti videoqəbul keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirin özü bildirib. Onun sözlərinə görə, həmin gün saat 16:00-da Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının sakinlərini və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar videobağlantı vasitəsilə qəbul ediləcək.
Qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 28 sentyabr saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edə və ya nazirliyin rəsmi saytı https://edu.gov.az/az/contact) vasitəsilə videoqəbula yazıla bilərlər.
Gununsesi.info