Tədris ililə bağlı YENİ QƏRAR veriləcək - RƏSMİ

Təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci dərs ili üçün tədris planları ilə bağlı əmrinə əsasən, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.

Hələ 1 ay əvvəl Gununsesi.info hökumətdəki mənbəyə istinadən yaydığı məlumatda (https://m.modern.az/az/news/300710/hokumet-sert-karantine-getmir-dersler-oktyabrda-baslayacaq) yeni tədris ilinin 15 sentyabrdan deyil, 1 oktyabrdan başlanacağını xəbər vermişdi.

Qeyd edilən məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya verilən cavab da dolayısı ilə bunu təsdiq edir:

“Hazırda bununla bağlı rəsmi məlumat yoxdur. Yekun qərar verildikdə ictimaiyyətə təqdim ediləcək”.

Qeyd edək ki, yeni dərs ilində tədrisin təşkili bağlı Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcəyi, yeni qərarların açıqlanacağı gözlənilir.

Gununsesi.info