
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhər neft-kimya zavodunun su hovuzunda 11 nəfər zəhərlənib.
Gununsesi.info-nun APA-ya istinadla məlumatına görə, hadisə yerli vaxtla saat 16 radələrində baş verib.
Zəhərlənənlərin hamısı qadındır. Onlar xəstəxanaya çatdırılıb və səhhətləri qənaətbəxşdir.
Gununsesi.info