Suriyada savaş davam edir: İdlibdə 50 hərbçi öldürüldü, 100-dən çox yaralı var –VİDEO

Suriyada savaş davam edir: İdlibdə 50 hərbçi öldürüldü, 100-dən çox yaralı var –

Suriyanın İdlib vilayətində gedən ağır döyüşlərdə ölən hərbçilərin sayı artıb.

Gununsesi.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bəşşar Əsədə sadiq qüvvələr 50 hərbçisini itirib, yaralıların sayı isə 100-ü ötüb.

Hücumun ardından rejim hərbçiləri İdlibin cənub-şərq hissələrindən geri çəkilib.

Məlumata görə, hücumu Türküstan İslam Partiyası və “Həyət Təhrir əş-Şam” terrorçu qruplaşmaları həyata keçiriblər.

Bu arada, Avropa İttifaqı Suriyanın İdlib bölgəsində mülki vətəndaşlara qarşı törədilən hava hücumlarının qəbuledilməz olduğunu bəyan edib və dayandırılmasına çağırıb.

Məlumatlara görə, son iki gündə İdlibdə mülki vətəndaşlara qarşı hücumlarda 39 nəfər ölüb. Hücumlarda Rusiya qırıcıları, Bəşşar Əsədə sadiq qüvvələr və İranın dəstəklədiyi terrorçu qruplaşmalar iştirak ediblər.

 

Gununsesi.org

COMMENTS