Suqovuşan və Talış avtomobil yollarının bərpasına başlanılır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Gununsesi.info bildirir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Aagentlik tərəfindən hazırlıq işlərinə start verilib.

Gununsesi.info