
İndicə bir xəbər aldım.
Özünü blogger kimi tanıdan Ata Abdullayev adlı birisi hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.Səbəbi isə vəziyyətdən və münasibətdən sui istifadə edən bu yaramaz şəxs özünü hakimiyyətin müdafiəçisi qismində nümayiş etdirərək insanları şantaj edib,onlardan pul alırmış. Yəqin ki, hüquq orqanları onun layiqli cəzasını verəcəkdir. Kiçik də olsa bir məsələyə toxunmaq istəyirəm. Bədxahlar Ata Abdullayevi İlham Əliyevə yamayır və onun gördüyü mənəviyyatsız işləri hakimiyyətlə əlaqələndirirdilər. Görsənir ki, qərəz,kin- kudurət bu bədxahları doğru və düzgün rəyə gəlməkdə maneçilik törədirmiş. Dövlətimizin başçısı isə sübut etdi ki, qanundan üstün heç bir əməl və hərəkət ola bilməz. Azərbaycan hakimiyyəti hörmətli İlham Əliyevin rəhbərliyi altında ölkədə qanunun üstünlüyünü təmin etmək üçün bütün zəruri tədbirləri görür və əminəmki, bundan sonra da bu yolu davam etdirəcəkdir.
Mən cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. O, bununla sübut etdi ki, ən yaxın adamını belə qanunu pozduğu halda onu güzəştə getməz.
Eldar Sabiroğlu
keçmiş millət vəkili