Sumqayıtda ev yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

 

 

Gununsesi.info