Sumqayıtda 7 aylıq körpə qızdırmadan öldü

  • By Ayshan
  • 08 Dekabr 2025 09:40

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info