
“Mərkəzi Asiya regionunda Qazaxıstan Qərb dövlətlərinin, Avropa İttifaqının, ABŞ-ın marağındadır. KTMT sülməramlı qüvvələrinin Qazaxıstanda olması Qərb dövlətlərini hiddətləndirdi”.
Gununsesi.info xəbər verir ki, bu barədə Nazarbayevin müşaviri Yermukhamet Yertysbayev deyib.
Müşavir bildirib ki, onlar buraya 376 milyard dollar sərmayə qoyublar:
“Buna görə də KTMT qoşunlarının yeridilməsi indi bütün Qərbi hiddətləndirdi. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hər şeyi düzgün edir və keçmiş dövlət başçısı Nursultan Nazarbayev onu ən layiqli adlandıraraq, səhv etməyib”.
Gununsesi.info