
BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdullah Şahid koronavirusa yoluxub.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak deyib. O bildirib ki, Şahidin koronavirus testi pozitiv nəticə göstərib. Sədrdə koronavirusun yüngül simptomları müşahidə edilir və o həkimlərin məsləhəti ilə özünü təcrid edib.
Qeyd edək ki, A.Şahid ötən həftə koronavirusa qarşı buster doza vaksin qəbul edib.
Gununsesi.info