
Bakı şəhərinin Nizami rayonunda mənzildə meyit tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.info