Azərbaycanlı izləyicilər tərəfindən də sevilən “Erkənci kuş” serialının ulduzu Demet Özdemir Bakıdadır.
Gununsesi.org ölkə.az-a istinadən xəbər verir ki, aktrisa məşhur şirkətin təşkil etdiyi qala gecəsində iştirak etmək üçün paytaxtımızın qonağı olub.
O, Bakı səfəri haqqında “İnstagram” səhifəsində fotosunu yayımlayaraq:
“Burada çox səmimi qarşılandım, sevgilərini hiss etdim… Sizi çox sevirəm, Azərbaycan. Sevincimə şərik oldunuz. Təşəkkür edirəm”,- deyə qeyd edib.
Sözügedən fotonu təqdim edirik:
COMMENTS