SEPAH-ın daha bir generalı həlak oldu

  • By ilhame
  • 01 Aprel 2024 21:05

“İsrailin Suriyaya hava hücumu nəticəsində SEPAH-ın generalı öldürülüb”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Euronews.ru” məlumat yayıb.

Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində həlak olub.

Bildirilib ki, raket zərbələri iranlı hərbi müşavirlərin yaşadığı, Dəməşqin qərbindəki Mezze məhəlləsindəki malikanələrdən birinə endirilib. Generalla yanaşı daha bir neçə iranlı zabit, eləcə də sayı açıqlanmayan suriyalı əsgərlər həlak olub.

Qeyd edək ki, ötən gün və bu gün İsrail Dəməşqə aviazərbələr endirib. Bu gün endirilən zərbə İranın Dəməşqdəki səfirliyinin yanına düşüb.

Gununsesi.info