Bakıda avtobusda sərnişin yaşlı sürücünü döydü

  • By ilhame
  • 01 Aprel 2024 21:15

Bakıda 217 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda insident yaşanıb.

Gununsesi.info xəbər verir ki, sərnişinlərdən biri sürücü Əliyev Vidadi Fərhad oğlununa fiziki xəsarət yetirib.

Yaşlı sürücüyə xəsarət yetirən sərnişin polis tərəfindən saxlanılıb.

Məlumata görə, insidentə səbəb sərnişinin sürücünü tələsdirməsi, ondan tez sürməsini tələb etməsi olub.

Gununsesi.info