Şaradan ABŞ-yə təşəkkür: Suriya separatçı layihələr üçün...

  • By Admin2
  • 19 İyul 2025 16:16

Suriya separatçı layihələr üçün meydan deyil.

Gununsesi.info xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Süveydə əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib.

O qeyd edib ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmək olmaz:

“Süveydə sakinlərinin əksəriyyətinin dövləti dəstəkləyir, etiraz edən kiçik bir qrupdur”.

Şara Suriyanın ərazi bütövlüyünə dəstəyinə görə ABŞ-a təşəkkür edərək bildirib:

”Suriya separatçı layihələr üçün meydan deyil”.

Gununsesi.info