
Sankt-Peterburqda “Руçi” neft anbarının ərazisində güclü yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalı məlumat yayıb.
“Sankt-Peterburqda Krasnoqvardeysk vilayətinin “Ruçi” neft anbarının ərazisində güclü yanğın baş verib”, – teleqram kanalı yazır.
Qeyd olunur ki, yerli sakinlər Piskarevski prospekti yaxınlığındakı yanğın ərazisində partlayış səsləri eşidiblər.
78.ru telekanalının məlumatına görə, anbar ərazisində qaz balonu partlayıb, doldurma çəni yanır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın 2-ci mürəkkəblik dərəcəsi kimi qiymətləndirilib.