
HƏMAS-ın silahlı qanadı “İzzəddin al-Kassam briqadaları” İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik bildirib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı eşidilir.
“Reuters” agentliyinin məlumatına görə, zərbələr nəticəsində İsrailin bir neçə sakini xəsarət alıb. Eyni zamanda Qəzza sektorunda da çoxmərtəbəli binanın dağıldığı qeyd edilir.
Gununsesi.info