Şamaxıda qadın odlu silahla qətlə yetirilib.
Bu barədə Gununsesi.info- ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Qətldə qadının həyat yoldaşı P.Tağıyev şübhəli bilinir.
Onun qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirdiyi bildirilir. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.













