Sabunçuda 2024-cü ilin ilk səyyar qəbulları keçirilib -Fotolar

  • By ilhame
  • 01 Fevral 2024 19:45

Cari ilin yanvar ayında Sabunçu RİH başçısının müxtəlif yerlərdə 4 səyyar görüşü və inzibati binada 4 qəbulu keçirilib, 500-dən çox sakinin iştirakı ilə 40-a yaxın müraciət dinlənilib.

 

Gununsesi.info xəbər verir ki, vətəndaşların müraciətləri əsasən qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və həyətlərin abadlaşdırılması, kanalizasiya və su xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi yardım, torpaq sahələrinin sənədləşdirilməsi, asfalt örtüyünün çəkilməsi və s. məsələlərlə bağlı olub.

 

Qəbullarda edilən müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izahatlar verilib. Müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

 

Daha sonra RİH başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan ardıcıl və köklü islahatlar nəticəsində sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlər, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə ətraflı məlumatlar verərək, həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsini vətəndaşların diqqətinə çatdırıb.

 

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli və icrasına nəzarət Sabunçu Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

Gununsesi.info