Şabranda üzərinə hasar aşan uşaq öldü

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun verdiyi məlumata görə, şəhərin Məhəmməd Əsədov küçəsində 2011-ci il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlu hasar aşması nəticəsində ölüb.

Məmmədov Pənah Zaur oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info