Bu gün əfv olacaq - YEKUN SİYAHI PREZİDENTİN MASASINDA

Xəbər verdiyimiz kimi Prezident Yanında Əfv Məsələləri Komissiyası mindən artıq əfvlə bağlı muraciəti araşdırıb, ölkə başçısına təqdim edib.
Qeyd edək ki, son günlər  Əfv Komissiyasının bir neçə iclası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, yekun siyahı artıq ölkə başçısına təqdim olunduğundan bu gün axşam saatlarında, ya da sabah əfv sərəncamının imzalanacağı gözlənilir. Siyahıya siyasi məhbusların düşüb-düşməməsinə gəlincə, bildirilir ki, bir neçə dindar və siyasi fəallardan azadlığa çıxanlar olacaq.
Günay
Gununsesi.info