
Sabirabadda minik avtomobili su kanalına aşıb.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Sabirabad rayonunun Nərimankənd kəndində “ГАЗ” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.info