Saakaşvilidən Qorbaçov AÇIQLAMASI

“Aprelin 9-dan başqa, Putinin 2008-ci ilin təcavüzünə haqq qazandırmaq üçün ondan təbliğat cəbhəsində istifadə etməsi Qorbaçovun vicdanındadır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Mixail Qorbaçovun vəfat etməsi ilə bağlı bildirib.

9 apreldən başqa Qorbaçovun vicdanında daha bir cinayət var. Putin çətin vəziyyətə düşəndə, ​​ondan 2008-ci il təcavüzünə haqq qazandırmaq üçün təbliğat cəbhəsində istifadə edib.

Qorbaçovla CNN telekanalında debat etdim və o, məni osetin soyqırımında ittiham etdi. Mən onu tamamilə həyasız adlandırdım. Bu gün də eyni fikirdəyəm, – Mixail Saakaşvili yazır.

Gununsesi.info