
“Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
“Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – o, əlavə edib.

Gununsesi.info