
Lerikdə yağan leysan yağışlar daşqına səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, daşqın kəndlərdə əhaliyə məxsus evləri, əkin sahələrini yararsız hala salıb.
Sel çoxsaylı mal-qaranın da təlafatına səbəb olub.
Lerik Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, sel 15 kəndi əhatə edib, 20-dən çox həyətyanı sahəni su basıb.
Gununsesi.info