Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

  • By ilhame
  • 26 Yanvar 2024 21:59

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

 

Gununsesi.info-nun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2002-ci il təvəllüdlü E.Rzayeva, 1986-cı il təvəllüdlü M.Adıgözəlova və 1989-cu il təvəllüdlü T.Nəbiyev yaralanıb.

 

Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info