
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.
“QAZel” markalı kiçik tutumlu yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Nəticədə “VAZ”da olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info