Almaniyadakı səfirlik vətəndaşlarımızın sıx yaşadığı şəhərlərdə pasportların rəsmiləşdirilməsinə başlayır

  • By ilhame
  • 29 Fevral 2024 20:57

Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.

 

Gununsesi.info xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.

 

Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.

Gununsesi.info