
Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.
Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə “VAZ-2106″da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır
Gununsesi.info