DİN BU ŞƏXSLƏ bağlı əhaliyə müraciət etdi

Sosial şəbəkələrdə özünü polis kimi təqdim edərək şantajla məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, sözügedən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək qadınları şantaj etməklə məşğul olub.

“Həmin şəxsin əməllərindən zərər çəkənlərdən hüquq mühafizə orqanlarına məlumat verilmələri xahiş olunur”-, deyə DİN-dən bildirilib.

Gununsesi.info